BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Ankara ilk növbədə Ukraynada atəşkəsin əldə edilməsinin tərəfdarıdır.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərdə keçirilən Doha Forumunda da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ-nin Ukrayna üzrə vasitəçiliyi uğur qazana bilər.
“ABŞ Prezidenti Donald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Baş verənlərdən çox ağır dərslər çıxardıq”, — nazir vurğulayıb.







