Son dəqiqə

ABŞ Suriya Livan Donald Tramp Yaxın Şərq Nəvaf Salam Əhməd əş-Şəraa Əsəd əş-Şeybani

Livan Suriya Prezidentinin mövqeyini alqışlayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Baş naziri Nəvaf Salam Suriya Prezidenti Əhməd əş-Şəraa tərəfindən müdaxilə ilə bağlı səsləndirilən mövqeyi müsbət qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Nəvaf Salam Suriya Xarici İşlər naziri Əsəd əş-Şeybani ilə telefon danışığı aparıb və regionda sürətlə dəyişən prosesləri müzakirə edib.

Bu danışıq ABŞ Prezidenti Donald Trampın Suriyanın İsrailin “işi tamamlaya bilmədiyi halda” Hizbullahla bağlı əməliyyatlarda rol ala biləcəyi ilə bağlı açıqlamasından sonra baş tutub.

Suriya Prezidenti Əhməd əş-Şəraa isə müsahibəsində hərbi müdaxilə ehtimalını rədd edərək ölkəsinin yalnız diplomatik, siyasi və iqtisadi vasitələrlə regional sabitliyi dəstəklədiyini bildirib.

Livan Baş naziri Əhməd əş-Şəraa tərəfindən səsləndirilən bu mövqeyi “qardaşcasına və açıq” addım kimi dəyərləndirib.

Rəsmi Beyrut bu yanaşmanın regionda gərginliyin azaldılmasına töhfə verə biləcəyini bildirib.

Mövzuya görə xəbərlər