BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim bin Cabir Al Tani bildirib ki, İsveçrədə keçirilən ABŞ-İran danışıqları gələcək müzakirələr üçün mühüm baza yaradıb.
TurkicWorld xəbər verir ki, o bu barədə “Əl-Cəzirə”yə verdiyi müsahibədə danışıb.
Şeyx Məhəmməd qeyd edib ki, imzalanan memorandum danışıqlar üçün lazımi mühitin və çərçivənin formalaşdırılmasına xidmət edir və məqsəd müharibəni və onun nəticələrini dayandırmaqdır.
Onun sözlərinə görə, aparılan müzakirələr regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün də əhəmiyyət daşıyır.
Qətər Baş naziri bildirib ki, danışıqlarda ümumi çərçivə razılaşdırılıb və texniki qrupların işi davam etdiriləcək.
O əlavə edib ki, prosesin institusional və dayanıqlı şəkildə aparılması vacibdir və xarici təsirlərə qarşı davamlı mexanizm yaradılmalıdır.







