Son dəqiqə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) HƏMAS Qəssam Briqadaları Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzza atəşkəsi çağırışı ABŞ və HƏMAS danışıqları HƏMAS əsir razılaşması Qəzza müharibəsi diplomatiyası HƏMAS atəşkəs müzakirəsi HƏMAS danışıqlar heyəti HƏMAS İsrail hücumu HƏMAS liderləri Türkiyə HƏMAS danışıqları MİT HƏMAS danışıqları Xəlil Əl Həyyə

MİT rəhbəri HƏMAS-la atəşkəs prosesini müzakirə edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS Siyasi Bürosunun Müzakirə Heyətinin rəhbəri Xəlil Əl Həyyə və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirib.

TurkicWorld-un məlumatına görə, görüş zamanı HƏMAS tərəfi “Qəzza Atəşkəs Razılaşması” çərçivəsində atəşkəsin əldə olunması və prosesin izlənilməsi istiqamətində oynadığı vasitəçi və təminatçı roluna görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyəyə təşəkkürünü bildirib.

Bununla yanaşı, nümayəndə heyəti İsrailin atəşkəs müddətində törətdiyi pozuntulara baxmayaraq, HƏMAS-ın razılaşmaya sadiqliyini bir daha təsdiqlədiyini qeyd edib.

Görüşdə tərəflər atəşkəs prosesinin sağlam şəkildə davam etməsi üçün atılacaq addımları, mövcud maneələrin aradan qaldırılması yollarını, habelə razılaşmanın növbəti mərhələlərinin icrası üzrə perspektivləri müzakirə ediblər.

Təmaslar zamanı Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardım fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində daha çox yardımın bölgəyə çatdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Mövzuya görə xəbərlər