Son dəqiqə

Türkiyə BMT Rəcəb Tayyib Ərdoğan Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi reaksiya

Ərdoğan BMT Təhlükəsizlik Şurasının qərar qəbulu sisteminin ədalətsizliyindən gileylənib

BAKI,TurkicWorld

BMT Təhlükəsizlik Şurasında qərarların qəbul olunması sistemindəki ədalətsizlik qlobal problemlərin həllinə imkan vermir.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda "TRT World Forum"da çıxışında deyib.

"Yaşadığımız hər bir gün daha ədalətli, daha inklüziv və daha əhatəli qlobal sistemin yaradılmasının zəruriliyini bir daha göstərir. Müharibələr, münaqişələr, bərabərsizlik və ədalətsizlik faktiki olaraq bəşəriyyətin gündəmini zəbt edib.

İkinci Dünya müharibəsinin qalibləri tərəfindən yaradılmış mövcud sistem, təəssüf ki, zamanımızın reallıqlarına və tələblərinə cavab vermir. BMT Təhlükəsizlik Şurasında qərarların qəbul olunmasının ədalətsiz quruluşu səbəbindən bəşəriyyətin problemlərinə həll tapmaq mümkün olmur", - deyə Ərdoğan bildirib.

Mövzuya görə xəbərlər