Son dəqiqə

Mərmərə dənizi AFAD zəlzələ Türkiyədə zəlzələ 2025

Türkiyədə 3,8 bal gücündə zəlzələ baş verib

BAKI,TurkicWorld

İstanbulun Silivri rayonundan təxminən 24,69 kilometr aralıda, Mərmərə dənizində 3,8 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat verib.

Məlumata əsasən, zəlzələ yerin 8,85 kilometr dərinliyində baş verib. Hər hansı bir dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və zəlzələnin bölgədə ciddi təsir yaratmadığını bildiriblər.

Mövzuya görə xəbərlər