BAKI, TurkicWorld
Kütahyada 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 3,6 bal gücündə zəlzələ baş verib.
AFAD-ın (Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi) yaydığı məlumata görə, yeraltı təkan yerli vaxtla saat 15:22-də qeydə alınıb və 11,89 kilometr dərinlikdə baş verib.
Qeyd edək ki, hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat verilməyib.