Son dəqiqə

Türkiyə zəlzələ Kütahya təbii fəlakət seysmik hadisələr Seysmik aktivlik Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları Zəlzələnin təsiri və nəticələri

Türkiyənin Simav bölgəsində seysmik aktivlik artır

BAKI, TurkicWorld

Simavda 1,5 ayda 1250-yə yaxın yeraltı təkan qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Kütahya Dumlupınar Universitetinin Geologiya Mühəndisliyi üzrə müəllimi Prof. Dr. Müzəffər Özburan Simav rayonunda bu ilin əvvəlindən bəri 1350-ə yaxın zəlzələnin qeydə alındığını, bunlardan təxminən 1250-nin son 1,5 ay ərzində baş verdiyini bildirib.

Özburan qeyd edib ki, aprelin 21-də baş verən 4,3 bal gücündə zəlzələ ilə başlayan seysmik fəallıq hələ də davam edir. Son olaraq, iyunun 10-da Simavda qeydə alınan 4,5 bal gücündə zəlzələ ətraf rayonlarda da hiss olunub.

Onun sözlərinə görə, apreldən bu yana 4 baldan yuxarı 8 zəlzələ qeydə alınıb və bu təkanların bəziləri 4,6 bala qədər yüksəlib. Lakin bu təkanlarda klassik zəlzələ ardıcıllığındakı kimi zəifləmə müşahidə olunmur.

Zəlzələlərin Simav Fayı, Emet-Gediz Fayı və Naşa Fay Zonasının kəsişdiyi ərazidə baş verdiyini bildirən professor bu vəziyyəti “zəlzələ fırtınası” kimi qiymətləndirib. O qeyd edib ki, bu proses geotermal mənşəli ola bilər və yaxın dövrdə də seysmik aktivliyin davam etməsi mümkündür.

Mövzuya görə xəbərlər