Son dəqiqə

Türkiyə zəlzələ Kütahya təbii fəlakət seysmik hadisələr Seysmik aktivlik Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları

Türkiyədə zəlzələ olub

BAKI, TurkicWorld

Türkiyənin Kütahya şəhərində ard-arda iki zəlzələ olub.

TurkicWorld xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ saat 07:23-də yerin 8,8 kilometr dərinliyində baş verib və ətraf bölgələrdə də hiss olunub.

Qeyd edək ki, əsas zəlzələdən cəmi 6 dəqiqə sonra, saat 07:29-da bölgədə daha bir yeraltı təkan baş verib. Bu dəfəki zəlzələ 3,9 bal gücündə olub və 11,6 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda bölgədə hər hansı dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib. Əlaqədar qurumlar vəziyyəti izləyir.

Mövzuya görə xəbərlər