BAKI, TurkicWorld
İstanbul zəlzələsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) İstanbul və ətraf vilayətlərdə baş verən zəlzələlərdən sonra ilkin məlumatları açıqlayıb.
Qurumun məlumatına görə, aparılan sahə taramaları və 112 Təcili Zəng Mərkəzinə daxil olan hesabatlar əsasında hələlik insan tələfatı və dağıntı qeydə alınmayıb.
AFAD zəlzələnin bu gün yerli vaxtla saat 12:49-da Marmara dənizinin Silivri sahillərində 6,2 bal gücündə baş verdiyini və İstanbul, Tekirdağ, Yalova, Bursa və Balıkəsirdə də güclü şəkildə hiss olunduğunu bildirib.
Təcili olaraq Türkiyə Fəlakətlərə Müdaxilə Planı (TAMP) aktivləşdirilib və bütün aidiyyəti qurumların nümayəndələri AFAD Başçılığı nəzdindəki Fəlakət və Təcili Yardım Mərkəzinə toplaşıblar.
Qeyd edək ki, mütəxəssislər bu bölgədəki seysmik aktivliyi uzun müddətdir izləyir. Son zəlzələlərin ardıcıl baş verməsi bölgədə gərginlik boşalması ilə əlaqələndirilir və vəziyyətin monitorinqi davam etdirilir.







