Son dəqiqə

Türkiyə kibercinayətkarlıq

Türkiyədə 41 terror təbliğatçısı saxlanılıb

Bakı, TurkicWorld

Türkiyənin Erzurum şəhərində sosial mediada terror təbliğatı aparan 41 nəfər jandarma tərəfindən saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Kiber Cinayətlərlə Mübarizə İdarəsi cinayət və cinayətkarlıqla mübarizə məqsədilə internet mühitində virtual patrul fəaliyyətlərini davam etdirir.

Kiber Cinayətlərlə Mübarizə İdarəsinin qrupları tərəfindən son bir ay ərzində açıq mənbə araşdırmaları çərçivəsində sosial media ünvanlarında aparılan araşdırma nəticəsində terror təşkilatı təbliğatı aparan 30 nəfər, həmçinin müxtəlif cinayətlərinə görə 11 sosial media hesabı istifadəçisi haqqında cinayət işi başladılıb.

Aparılan axtarışlarda həmçinin qanunsuz mərc və qumar məzmunlu 483 sayt/hesab haqqında İnformasiya Texnologiyaları və Rabitə Qurumuna məlumat verilib və tədbir görülməsi təmin edilib.

Mövzuya görə xəbərlər