Son dəqiqə

Türkiyə

Türkiyə üçüncü Nobel mükafatını qazanıb

Bakı,TurkicWorld

Prof. Daron Acemoğlu Türkiyəyə üçüncü Nobel mükafatını qazandırıb.

TurkicWorld xəbər verir ki, İqtisadiyyat üzrə Nobel Mükafatı institutların formalaşması və onların rifah üzərində təsiri ilə bağlı araşdırmalarına görə Prof. Dr. Daron Acemoğlu, İngilis Prof. Dr. Simon Johnson və İngilis Prof. Dr. James Robinson-a təltif edilmişdir.

Belə ki, 1901-ci ildən bəri verilən Nobel mükafatını Daron Acemoğlu ilə birlikdə üç türk qazanıb.

Yazıçı Orxan Pamuk 2006-cı ildə Ədəbiyyat üzrə Nobel Mükafatını qazandığı halda, türk alimi Aziz Sancar 2015-ci ildə DNT təmiri ilə bağlı işlərinə görə Tomas Lindahl və Paul Modrich ilə birlikdə kimya üzrə Nobel mükafatına layiq görülüblər.

Üçüncü Nobel Mükafatı ilə Türkiyə ‘Nobel Liqası’nda 31-ci yerə yüksəlib.

Mövzuya görə xəbərlər