Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələri

Türk ordusu altı terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Gara və Medina bölgələrində aşkar etdikləri altı terrorçunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Gara və Medina bölgələrində aşkarladıqları altı PKK terrorçusunu zərərsizləşdirib”,- deyə paylaşımda qeyd olunub.

Həmçinin paylaşımda Türkiyənin son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları davam etdirəcəyi də bildirilib.

Mövzuya görə xəbərlər