Son dəqiqə

TUSAŞ ANKA - 3

ANKA-3 ilk atış sınağını uğurla başa vurub

Bakı,TurkicWorld

Türkiyə müdafiə sənayesinin milli mühəndislik möcüzəsi olan ANKA-3 pilotsuz döyüş təyyarəsi ilk atış sınağını uğurla başa vurub.

TurkicWorld xəbər verir ki, bu barədə Türk Aerokosmik Sənayesinin (TUSAŞ) X sosial media hesabından paylaşım edilib.

“ANKA-3-ün sınaqlarda üstün performans göstərməsi onun gələcəkdə ölkəmizin əməliyyat imkanlarına və müdafiə qabiliyyətinə böyük töhfə verəcəyinin göstəricisidir”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər