Son dəqiqə

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kahramanmaraş arxeoloji tədqiqatlar

Kahramanmaraşda 7600 yaşlı uşaq skeleti tapılıb

Bakı, TurkicWorld

Türkiyənin Kahramanmaraş şəhərində 7600 il əvvələ aid olan uşaq skeleti tapılıb.

TurkicWorld xəbər verir ki, sümüklər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə aparılan arxeoloji tədqiqatlar zamanı tapılıb.

Tədqiqatlar arxeoloq və elm adamlarından ibarət 15 nəfərlik heyət tərəfindən Domuztepe kurqanında aparılıb. Heyətə Hacettepe Universiteti müəllimi Dos. Dr. Halil Tekinin rəhbərlik edib.

Təxminən 28 il əvvəl xaricdən gələn arxeoloqların başlatdığı və 2013-cü ildən türk alimlərinin davam etdirdiyi tədqiqatlarda hər gün yeni tapıntılar üzə çıxır.

Bu il kurqanda aparılan qazıntılar zamanı 7600 il əvvələ aid təbəqədə uşaq skeleti tapılıb. Skeletin dəqiq yaşı DNT araşdırmalarından və karbon 14 testindən sonra müəyyən ediləcək.

Mövzuya görə xəbərlər