Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələri

Türk ordusu 16 terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Hakurk, Asos, Qara və Metina bölgələrində aşkarladıqları 16 PKK terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk, Asos, Qara və Metina bölgələrində aşkarladıqları 16 PKK terrorçusunu zərərsizləşdirib. Terrorun mənbəyində məhv edilməsi üçün əməliyyatlara davam edəcəyik”,- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, TSK ilin əvvəlindən İraqın şimalında 796, Suriyanın şimalında isə 856 terrorçunu zərərsizləşdirib.

Mövzuya görə xəbərlər