Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələri

Türk ordusu səkkiz terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) İraqın şimalındakı Hakurk bölgəsində yeddi PKK terrorçusu, Suriyanın şimalındakı Zeytun Budağı bölgəsində isə bir PKK/YPG terrorçusunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsində müəyyən etdikləri yeddi PKK terrorçusunu, Suriyanın şimalındakı Zeytun Budağı bölgəsində isə bir PKK/YPG terrorçusunu zərərsizləşdirib”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər