Bakı, TurkicWorld
Türkiyəyə İrandan gətirilmiş 1 ton 549 kiloqram metamfetamin ələ keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, İstanbul və Yalovada həyata keçirilən "Narkoçelik-30" əməliyyatı nəticəsində 8 şübhəli şəxs saxlanılıb.
"Ölkəmizi milli və beynəlxalq zəhər tacirlərindən təmizləməkdə qərarlıyıq. Ölkəmizin hər yerində zəhər tacirlərinə qarşı əməliyyatlarımız davam edəcək",- nazir deyib.







