Son dəqiqə

Muğla meşə yanğınları

Muğlada meşə yanğını baş verib

Bakı,TurkicWorld

Türkiyənin Muğla şəhərinin Milas ilçəsində meşə yanğını baş verib.

TurkicWorld xəbər verir ki, meşə ərazisində naməlum səbəbdən yanğın baş verib.

Xəbər üzərinə Muğla Meşə Region Müdirliyinə bağlı qruplar bölgəyə sövq edilib.

Yanğına havadan və qurudan müdaxilə edilir, nəzarət altına alınması üçün işlər aparılır.

Qeyd edək ki, Türkiyənin meşə örtüyünün sahəsi 760,676 km2-dir. Dünyada meşə örtüyü sahəsinə görə 28-ci sırada yer alıb. Türkiyədə Son 4 ildə baş verən meşə yanğınlarında 168 min 194 hektar meşə sahəsi zərər görüb.

Mövzuya görə xəbərlər