Son dəqiqə

Fransa meşə yanğınları

Fransada meşə yanğınlarının nəzarət altına alındığı açıqlanıb

BAKI, TurkicWorld

Fransanın Baş naziri Sebastyən Lökornü ölkəni bürüyən meşə yanğınlarının nəzarət altına alındığını bildirib.

O "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə ölkənin Jirond departamentində baş vermiş yanğınlara xüsusi toxunub. Baş nazir bu ərazidə yanğınların çətinliklə nəzarət altına alındığını vurğulayıb.

Sebastyən Lökornü hazırda ölkə üzrə yanğınlarla bağlı vəziyyətin sabit olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Avropada, xüsusilə də İspaniya və Fransada meşə yanğınları bu il rekord həddə çatıb.

Mövzuya görə xəbərlər