Bakı, TurkicWorld
İraq administrasiyasında ilk dəfə olaraq PKK ilə mübarizədə meydanda çox konkret addımlar atılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablayarkən deyib.
“İraqa səfərimizdən sonra gördük ki, İraq administrasiyasında ilk dəfə olaraq PKK ilə mübarizədə meydanda çox konkret addımlar atılıb. Onlar Milli Təhlükəsizlik Şurasında PKK-nın İraqda fəaliyyətinin qadağan edildiyi barədə bəyanat qəbul ediblər.” – deyə Ərdoğan qeyd edib.
O bildirib ki, təhlükəsizlik qüvvələrimizlə Ərbil rəhbərliyi arasında əməkdaşlıq sevindirici haldır.
Hafiz Rufizoğlu