Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan NATO sammiti

İstanbul 2026-cı ildə NATO sammitinə ev sahibliyi etmək üçün uyğundur - Ərdoğan

Bakı, TurkicWorld

NATO-nun müəyyən etdiyi iki əsas təhlükədən biri olan terrorla mübarizədə müttəfiqlərimizdən həmrəylik gözləyirik. Alyans qanunları da bunu tələb edir. Bəzi müttəfiqlərimizin hərəkətlərini, xüsusilə PKK terror təşkilatının Suriyadakı qolu PYD/YPG ilə qurduğu müəmmalı əlaqələri qəbul etməyimiz mümkün deyil.

TurkicWorld xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitindən sonra mətbuata açıqlamasında bildirib.

Türkiyənin 2026-cı ildə NATO Zirvə görüşünə ev sahibliyinə dair açıqlama verən Prezident Ərdoğan tədbirin hansı şəhərdə təşkilinə dair qərarın hələ dəqiqləşmədiyini, lakin böyük ehtimalla İstanbulda keçiriləcəyini deyib.

"İstanbul 2026-cı ildə NATO sammitinə ev sahibliyi etmək üçün uyğundur. Sammiti İstanbulda keçirib NATO ilə birlikdə dünyanı salamlayacağıq", deyə Ərdoğan bildirib.

Mövzuya görə xəbərlər