Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler

Terror dəhlizi yaradılmasına imkan verməyəcəyik – Yaşar Güler

Bakı,TurkicWorld

Biz heç vaxt separatçı təşkilatın cənub sərhədlərimizdən kənarda terror dəhlizi yaratmasına imkan verməyəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler deyib.

“Ölkəmiz özünümüdafiə çərçivəsində həyata keçirdiyi əməliyyatlarla hədəfə alınan terror dəhlizinin qarşısını alıb. Terror təşkilatının Suriyanın şimalında süni terror dövləti qurmaq cəhdinin bir mərhələsi olaraq gördüyümüz sözdə muxtar hökumət fəaliyyətini qəti şəkildə rədd edirik. Suriyanı parçalamaq və xalqının iradəsini ələ keçirmək üçün edilən bu cəhdlər əbəs cəhdlərdir”,- deyə Güler bildirib.

Güler həmçinin Türkiyədə son zamanlarda baş verən meşə yanğınlarına da toxunub.

“Terrorla mübarizəmizlə yanaşı, milli sərvətimiz olan meşələrimizin mühafizəsi çərçivəsində təyyarələrimiz və fədakar personalımızla artan meşə yanğınlarının söndürülməsinə lazımi dəstəyi veririk. Bu əhatədə altı ayrı yerdə meydana gələn meşə yanğınlarına 14 helikopterimiz, 5 yanğınsöndürən maşınımız ümumilikdə 499 döyüş və 962 ton sudan istifadə etməklə yanğının söndürülməsinə öz töhfəsini verib”- deyə nazir əlavə edib.

Mövzuya görə xəbərlər