Son dəqiqə

Türkiyə Özbəkistan

Türkiyədə qurulan Özbəkistan şirkətlərinin sayı iki dəfə azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-may ayında Türkiyədə Özbəkistan kapitalı ilə 19 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 12 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 9,2 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (17) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 10,7 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Özbəkistan kapitalı ilə 5 ticarət və 5 peşəkar, elmi və texniki fəaliyyətlə məşğul olan şirkət qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər