Son dəqiqə

Türkiyə Qırğızıstan

Türkiyədə qurulan Qırğızıstan şirkətlərinin sayı azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-may ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 12 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 9,1 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 3,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (9) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 1,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 6 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər