Son dəqiqə

Qırğızıstan

Qırğızıstanda hakimiyyət çevrilişinə cəhd edənlər saxlanılıb

Bakı, TurkicWorld

Qırğızıstanda hakimiyyət çevrilişinə cəhd edənlər saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat mərkəzinin bəyanatında qeyd edilib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi nəzarətə alınan və hökuməti devirməyi planlaşdırdıqları təsbit edilən beş nəfərlik qrup üzvlərinə aid çoxlu sayda silah, sursat və material ələ keçirildiyini açıqlayıb.

Bildirilib ki, kütləvi iğtişaşlar yolu ilə hakimiyyəti zorakılıqla ələ keçirməyi, ölkədə ictimai-siyasi sabitliyi pozmağı planlaşdıran “cinayətkar və dağıdıcı” qruplaşma üzvlərinin istifadə etdikləri ünvanlarda və avtomobillərdə axtarış aparılıb.

“Təhlükəsizlik əməliyyatı zamanı 50 silah, 20 tapança, 255 min 238 ədəd döyüş sursatı, 200 dəst hüquq-mühafizə forması, 150 polis və 100 hərbi papaq, 38 dəst zirehli geyim, iki pilotsuz uçuş aparatı, partlayıcılar və s. qadağan olunmuş nəşrlər aşkar edilib.” – deyə bəyanatda qeyd edilib.

Qeyd olunub ki, hökuməti devirməyi planlaşdıran qrupla bağlı əlavə istintaq və ehtiyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sonuncu dəfə yanvar ayında Qırğızıstanda dövlət çevrilişinə cəhd edən qruplaşmaya qarşı əməliyyat keçirilmişdi.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər