Bakı,TurkicWorld
Qırğızıstan Prezidenti Sadır Japarov BMT Baş Assambleyasının 79-cu sessiyasının Yüksək Səviyyəli Həftəsinin tədbirlərində iştirak etmək üçün sentyabrın 21-24-də Nyu-Yorka (ABŞ) işgüzar səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin direktoru Muratbek Azımbakiyev məlumat verib.
“Japarov sentyabrın 22-də Nyu-Yorkda keçiriləcək Gələcək Sammitində iştirak edəcək”,- deyə Azımbakiyev bildirib.
Qeyd edək ki, Japarovun , BMT Baş Assambleyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Həmçinin o, BMT-nin baş katibi Antonio Quterreşlə də ikitərəfli görüş keçirəcək.