Son dəqiqə

BMT Murat Kurum COP31

Türkiyə ilk dəfə COP31-ə ev sahibliyi edəcək: Murat Kurum COP31 Prezidenti seçildi

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının ən yüksək qərar orqanı olan COP (Tərəflər Konfransı)-na tarixində ilk dəfə başçılıq etməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum, Prezident Recep Tayyip Erdoğanın qərarı ilə COP31-ə prezident olaraq təyin edilib.

Murat Kurum sosial media hesabında paylaşdığı açıqlamada, COP31 prezidenti seçilməsinin onun üçün böyük bir şərəf olduğunu bildirib. Nazir vurğulayıb ki, Türkiyənin COP31-ə ev sahibliyi qlobal iqlim siyasətində müəyyənedici rolunu artırır və ölkəni iqlim dəyişikliyi ilə mübarizədə yol göstərən aktor vəziyyətinə gətirir.

"Ölkəmiz siyasətçiləri, dövlət qurumları, vətəndaş cəmiyyəti və 86 milyon vətəndaşı ilə birlikdə bu tarixi fürsəti həm dünyamız, həm də zəif coğrafiyalar üçün səmərəli şəkildə istifadə edəcək." - deyə Murat Kurum qeyd edib.

Nazir Kurum, COP31 Prezidentliyinin Türkiyə, xalqımız və dünya üçün uğurlu olmasını arzuladığını söyləyib.

Mövzuya görə xəbərlər