Bakı,TurkicWorld
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və Çin Sədri Si Cinpin tərəfindən qurulan ticarət-iqtisadi əməkdaşlıq yüksək səviyyəyə çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev Qırğızıstan hökumətlərarası komissiyasının 16-cı iclasında deyib.
O qeyd edib ki, Çin tərəfinin məlumatına görə, 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 2022-ci illə müqayisədə 32 faiz artaraq 20 milyard dollara çatıb.
Cari ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi təqribən 11 milyard dollara çatıb.
Torobayev vurğulayıb ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsinin icrası mərhələlərlə və üçtərəfli əməkdaşlıq çərçivəsində davam edir.
Bundan əlavə, o, Qırğızıstan-Çin sərhədində bu yaxınlarda sadələşdirilmiş rejimdə açılmış “Bedel” keçid məntəqəsini xatırladıb və bu addımların ikitərəfli əməkdaşlıqda yeni mərhələnin başlanğıcından xəbər verdiyini deyib.