Son dəqiqə

Qırğızıstan Sadır Japarov

Sadır Japarov İtaliyaya gedəcək

Bakı,TurkicWorld

Qırğızıstan Prezidenti Sadır Japarov 2-4 oktyabr 2024-cü il tarixlərində İtaliya Respublikasına və Vatikana rəsmi səfərlər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Oktyabrın 3-də Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ilə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və bir sıra rəsmi şəxs ilə ikitərəfli danışıq aparılması planlaşdırılır”,- deyə bildirilib.

İtaliyaya səfər zamanı tərəflər Qırğızıstan-İtaliya münasibətlərinin bütün spektrini və onların inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparacaqlar.

Həmçinin oktyabrın 4-də Japarovun Roma Papası Fransisklə görüşü də planlaşdırılır.

Mövzuya görə xəbərlər