Son dəqiqə

Co Bayden

Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar - Bayden

Bakı. TurkicWorld:

ABŞ prezidenti Co Bayden hesab edir ki, Yaxın Şərqdə genişmiqyaslı münaqişənin qarşısını almaq olar.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib.

"Genişmiqyaslı müharibənin olacağını düşünmürəm. Düşünürəm ki, bundun qarşısını ala bilərik. Ancaq bunun baş verməsi üçün daha çox işlər görülməlidir", - deyə C.Bayden bildirib.

Amerika lideri ABŞ-nin İsrailə kömək üçün qoşun göndərilməsi ilə bağlı suala aydın cavab verməyib. "Biz artıq İsrailə kömək etmişik. Biz İsraili qoruyacağıq", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər