Bakı, TurkicWorld
ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və onun keçmiş müdafiə naziri üçün həbs orderləri vermək addımını “qeyri-adi” adlandırıb.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, o bildirib ki, ICC-nin İsrail liderlərinə qarşı həbs orderi verməsi həddini aşmaqdır.
“Bir daha açıq şəkildə qeyd edirəm, ICC-nin nə qərar verməsindən asılı olmayaraq bu qərar assasız və absurddur. Biz həmişə İsrailin təhlükəsizliyinə təhdidlərə qarşı onun yanında olacağıq”-deyə o bildirib.
Beynəlxalq Cinayət Məhkəməsi cümə axşamı İsrailin baş naziri Benyamin Netanyahu, keçmiş müdafiə naziri Yoav Gallant və öldüyü güman edilən HƏMAS komandiri İbrahim əl-Masrinin həbsinə order verib.