Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi

Suriyadakı əməliyyat bölgələrimizdə heç bir neqativ hal yoxdur – Türkiyə MN

Bakı,TurkicWorld

Hazırda Suriyada əməliyyat apardığımız bölgələrdə heç bir neqativ hal yoxdur.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) məlumat verilib

“Suriyada baş verən və Türkiyəyə qarşı fəaliyyət göstərən bəzi qüvvələr tərəfindən həyata keçirilən təxribat xarakterli hərəkətlər diqqətlə izlənilib və izlənilir. Bu hərəkətlərə qarşı lazımi tədbirlər görülüb. Türkiyə Respublikasına qarşı bu hərəkətlərə heç bir şəkildə icazə verilməyəcək”,- deyə nazirlikdən bildirilib.

Türk Silahlı Qüvvələrinə 25 min mütəxəssis çavuş üçün edilən müraciətlərin sayı ilə bağlı mövzuyada toxunulub.

“Mütəxəssis alımı çərçivəsində 3-30 iyun tarixləri arasında 115 min 883 müraciət qəbul edilib və namizədlərin qiymətləndirmə prosesi davam edir. Bu rəqəm tələbatın dörd qatından çoxdur. Sonrakı proses yazılı imtahan, fiziki qabiliyyət imtahanı, müsahibə və sağlamlıq müayinəsindən ibarətdir” – deyə nazirlik vurğulayıb.

Mövzuya görə xəbərlər