Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler

Terrorçular türk əsgərlərindən qaça bilməyəcəklər – Yaşar Güler

Bakı,TurkicWorld

Terror təşkilatı üzvləri hara qaçsalar da, türk əsgərlərinin polad caynaqları altında əzilməkdən xilas ola bilməyəcəklər və terrorla mübarizəmiz tərəddüdsüz davam edəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri TÜrkiyənin Milli Müdafiə naziri Yaşar Güler deyib.

“Terror təşkilatına göstərdiyimiz sıx təzyiq sayəsində son vaxtlar terror təşkilatında iştirakın az qala sıfıra endiyini və təslim olan terrorçuların sayının getdikcə artdığını gördük. Təşkilatın sözdə liderlərinin müxtəlif bəhanələrlə əməliyyat bölgələrini tərk edərək daha təhlükəsiz hesab etdikləri arxa bölgələrə qaçdıqlarını da bilirik”,- deyə Güler bildirib.

Nazir həmçinin Qara dənizdə mina təmizləmə işlərinə başladıqlarını da vurğulayıb.

“Qara dənizdə mina təhlükəsinə qarşı dəniz təhlükəsizliyini təmin etmək üçün ölkəmizin rəhbərliyi ilə Rumıniya və Bolqarıstanla birlikdə yaradılmış Minalara Qarşı Tədbirlər üzrə Qara Dəniz İşçi Qrupu fəaliyyətə başlayıb”,- deyə Güler əlavə edib.

Mövzuya görə xəbərlər