Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyədə son yeddi ayda 1327 terrorçu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyatlarda 1327 terrorçu zərərsizləşdirildirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin keçirdiyi məlumatlandırma iclasında terrorla mübarizə ilə bağlı məlumat verilib.

Əməliyyatlarda son bir həftədə 57, yanvarın birindən bu günə kimi ümumilikdə 1327 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, dünən İraqın şimalında yerləşən Metina, Kara, Hakurk, Kandil və Asosdakı terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında terror təşkilatının istifadə etdiyi mağara, bunker, sığınacaq, anbar və obyektlərdən ibarət 37 hədəfin məhv edildiyi də bildirilib.

Son bir həftədə doqquzu terror təşkilatı üzvü olmaqla ümumilikdə 328 şübhəli qanunsuz yollarla sərhədi keçməyə cəhd edərkən yaxalanıb. Yanvarın birindən etibarən sərhədləri qanunsuz keçməyə cəhd edənlərin sayı 6 min 29 nəfərə yüksəlib.

Mövzuya görə xəbərlər