Son dəqiqə

Türkiyə Qazaxıstan

Türkiyədə qurulan Qazaxıstan şirkətlərinin sayı azalıb

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-may ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 20 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 12,1 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 13,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 6,3 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 12 ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər