Son dəqiqə

Türkiyə

Türkiyədə qondarma "erməni soyqırımı"nı təbliğ edən radionun lisenziyası ləğv edilib

Bakı, TurkicWorld

Türkiyədə qondarma "erməni soyqırımı"nı təbliğ edən "Açık Radyo" radionun lisenziyası ləğv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə ölkənin Radio və Televiziya Ali Şurasının (RTÜK) üzvü İlhan Taşçı məlumat paylaşıb.

Onun sözlərinə görə, müvafiq qərara radionun cəmiyyəti nifrət və düşmənçiliyə təhrik etdiyinə görə RTÜK tərəfindən verilmiş beş günlük proqramı dayandırma cəzasına əməl etməyərək yayımı davam etdirməsi səbəb olub.

"Halbuki yayımçı cəriməni ödəyib, lakin yayımı dayandırmayıb. Bu vəziyyət yayımçının lehinə olaraq şərh edilməli idi", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Radio və televiziyanın yaradılması və yayım xidmətləri haqqında müvafiq qanununda deyilir ki, proqramlarının yayımlanması və ya yayımı bir müddətik dayandırılan media xidməti göstərən qurum qərara zidd olaraq yayımı davam etdirdikdə lisenziyasının ləğvinə qərar verilir.

Mövzuya görə xəbərlər