Son dəqiqə

Türkiyə meşə yanğınları

Balıkesirdə meşə yanğını baş verib

Bakı,TurkicWorld

Türkiyənin Balıkesir şəhərinin Kepsut ilçəsində yanğın baş verib.

TurkicWorld xəbər verir ki, ötən gün Kepsut ilçəsində tarlada başlayan yanğın meşəyə də keçib.

Yanğının söndürülməsi üçün üç təyyarə, iki helikopter, 10 su tankeri, beş su təchizatı maşını, dörd ilk müdaxilə maşını, iki xidmət maşını və iki dozer göndərilib.

Söndürmə işlərinə polis, TOMA və Balıkesir xilasetmə qrupları da dəstək verib.

Qeyd edək ki, Türkiyənin meşə örtüyünün sahəsi 760,676 km2-dir. Dünyada meşə örtüyü sahəsinə görə 28-ci sırada yer alıb. Türkiyədə Son 4 ildə baş verən meşə yanğınlarında 168 min 194 hektar meşə sahəsi zərər görüb.

Mövzuya görə xəbərlər