Bakı, TurkicWorld
2024-cü ilin yanvar-may ayında Türkiyədə Türkmənistan kapitalı ilə 23 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 şirkət azdır.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 13,4 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 8,6 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-may ayında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (22) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Türkmənistan şirkətlərinin ümumi kapitalı 11,9 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-may ayında Türkiyədə Türkmənistan kapitalı ilə 8 ticarət şirkət qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.