Bakı,TurkicWorld
Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində aşkarladıqları iki PKK terrorçusunu zərərsizləşdirib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək”,- deyə nazirlikdən deyilib.
Qeyd edək ki, keçdiyimiz günlərdə Türkiyənin Müdafiə Naziri Yaşar Güler Türkiyə Silahlı Qüvvələrinin istənilən vaxt əməliyyatlar apara biləcəyini həmçinin PKK-nın Suriyadakı pirat dövlət müəssisələrinin qarşısını alacaqlarını demişdir.
“Sərhəd təhlükəsizliyimizi təmin etdikdən sonra geri çəkilməyi düşünə bilərik”,- deyə nazir sonda vurğulayıb.