Bakı, TurkicWorld
Türkiyə Silahlı Qüvvələrinin son bir həftə ərzində həyata keçirdiyi terror əməliyyatlarında 49 terrorçu zərərsizləşdirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat konfransında deyilib.
Məlumata görə ötən ilin yanvarın 1-dən bu yana zərərsizləşdirilən terrorçuların sayı 3 min 70-a yüksəlib.
Son bir həftədə sərhədi qeyri-qanuni keçməyə cəhd edən 109 nəfərin yaxalandığı məlum olub.
İlin əvvəlindən sərhədləri qanunsuz keçməyə cəhd edərkən tutulanların sayı 13 min 939-ə, bloklananların sayı isə 97 min 356-ə yüksəlib.