Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələri

Türk Silahlı Qüvvələri Suriyanın şimalında əməliyyat keçirib

Bakı,TurkicWorld

Türk Silahlı Qüvvələri (TSK) Suriyanın şimalındakı Barış Pınarı bölgəsində aşkar etdikləri iki terrorçunu zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabında paylaşım edib.

"Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyatlarını davam etdirir",- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər