Son dəqiqə

Türkiyə PKK Türkiyə Milli Müdafiə Nazirliyi

Türk ordusu 11 terrorçunu zərərsizləşdirib

Bakı,TurkicWorld

İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən altı PKK terrorçusu və Barış bulağı bölgəsinə hücuma hazırlaşan beş PKK/YPG terrorçusu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X sosial media hesabında paylaşım edib.

Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdiyi bildirilib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz terrorçuların üzərinə dəmir yumruqlarını vurmağa davam edir. İraqın şimalındakı Hakurk bölgəsində müəyyən edilən altı PKK terrorçusu zərərsizləşdirilib. Bölgədə bir terrorçu da qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”,- deyə paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər