Son dəqiqə

Türkiyə Suriya Özgür Özəl

Türkiyənin müxalifət lideri Dəməşqə gedir

Bakı, TurkicWorld

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Özgür Özəl iyul ayında Suriyanın paytaxtı Dəməşqə gedəcəyini bildirib

TurkicWorld xəbər verir ki, o bu barədə qatıldığı bir televizya proqrmında danışıb.

"Əsədlə əlaqəmiz var idi. Çox yaxında Livan üzərindən Dəməşqə səfər edəcəyik" Özel deyib.

Türkiyə və Əsədin masa arxasına oturub bu problemi həll etməli olduğunu qeyd edən Özel, "Avropadan qaynaq (pul) tapılması üçün inanılmaz səy göstərəcəyəm. Bu mövzuda ən böyük kampaniyanı həyata keçirəcəyik. Ancaq, gərək Türkiyədə hər kəs qaçqın məsələsindən qurtulmaq üçün iradəsini ortaya qoysun. Kayseriyə bənzər hadisələr səbəbiylə bu məsələnin həll edilməsi lazımdır."- deyə o əlavə edib.

Mövzuya görə xəbərlər