Son dəqiqə

Türkiyə Qazaxıstan sərnişin təyyarələri

Mayda Qazaxıstandan Türkiyəyə 87 minə yaxın sərnişin səfər edib

Bakı. TurkicWorld:

2024-ci ilin may ayında Qazaxıstandan Türkiyəyə 86 min 281 turist səfər edib ki, bu da 2023-cu ilin may ayı ilə müqayisədə 8,43 faiz çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,68 faiz təşkil edib.

2024-ci ilin yanvar-may aylarında Qazaxıstandan Türkiyəyə 227 447 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,42 faiz çoxdur.

2024-ci ilin yanvar-may aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,44 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2024-ci ilin may Türkiyəyə 5 milyon 130 min 119 turist səfər edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 14 faiz çoxdur.

2024-ci ilin yanvar-may aylarında 15 milyon 784 min 213 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,47 faiz çoxdur.

Mövzuya görə xəbərlər