Türkiyə Hakan Fidan

Biz münaqişənin Livana sıçraması ilə üz-üzəyik – Hakan Fidan

Bakı,TurkicWorld

Biz münaqişənin Livana sıçraması ilə üz-üzəyik və bunun hüdudlarından kənara çıxıb-çıxmayacağını bilmirik

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan Nyu Yorkda keçirilən G20 xarici işlər nazirlərinin iclasında deyib.

Nazir Livanda yüzlərlə insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olan İsrail hücumları və bombardmanları haqqında danışıb.

“Qəzzadakı qəbuledilməz vəziyyət beynəlxalq ictimaiyyət üçün həyəcan siqnalı olmalıdır. Biz münaqişənin Livana sıçraması ilə üz-üzəyik və bunun hüdudlarından kənara çıxıb-çıxmayacağını bilmirik”, – deyə Fidan bildirib.

Fidan BMT-nin Təhlükəsizlik Şurasının islahatı məsələsini həll etmədən tam fəaliyyət göstərə bilməyəcəyini söyləyib.

“Məqsədimiz daha demokratik, şəffaf və effektiv Təhlükəsizlik Şurasının yaradılmasıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, İsrailin Livana hücumlarında ölənlərin sayı 492 nəfərə, yaralıların sayı isə 1645 nəfərə yüksəlib.

Mövzuya görə xəbərlər