Bakı,TuricWorld
İstanbul Şəhər Milli Təhsil Mərkəzi ilə Türkiyənin ən böyük yerli mühərrik istehsalçısı Türk Motor Sanayi ve Ticaret AŞ (TÜMOSAN) arasında elm və texnologiya yönümlü təhsil əməkdaşlıq protokolu imzalanıb.
TuricWorld xəbər verir ki, bu imza gənc ixtiraçılara elm və texnologiya yönümlü təhsil dəstəyi verəcək.
İmzalanma mərasimində çıxış edən İstanbul Şəhər Milli Təhsil Mərkəzinin direktoru Murat Mücahit Yentür ən böyük vəzifəsinin uşaqları və gəncləri gələcəyə hazırlamaq olduğunu bildirib.
“Orta məktəb və lisey gənclərimizin yenilikçi işlərinə töhfə vermək və işlərini müvafiq qurumlara, təşkilatlara və QHT-lərə çatdırmaqda qabaqcıl olmaq istədik”,- deyə TÜMOSAN baş direktoru Halim Tosun bildirib.