Bakı. TurkicWorld:
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Birləşmiş Millətlər Təşkilatının 77-ci Ümumdünya Səhiyyə Assambleyası çərçivəsində İspaniyanın səhiyyə naziri Monika Qarsiya Qomez ilə görüşüb.
TurkicWorld xəbər verir ki, nazir Koca bu barədə X sosial media hesabında paylaşım edib.
"İspaniyanın Fələstinin tanınması ilə bağlı verdiyi cəsarətli qərara görə Monika Qarsiya Qomezi təbrik etdim. Nazirliklərimiz arasında “Səhiyyə Birgə İşçi Qrupu” yaratmaqla əməkdaşlığımızı daha da irəli aparmağa razılaşdıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, İspaniya 28 may tarixində Fələstin Dövlətini rəsmən tanıyıb.







