Bakı. TurkicWorld:
Ankara Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzada Rəfaha hücumlarını dayandırması və dərhal Rəfah sərhəd qapısını humanitar yardım üçün açması ilə bağlı qərarının alqışlayır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Dünyanın heç bir ölkəsi qanundan üstün deyil. Biz Məhkəmənin qəbul etdiyi bütün qərarların İsrail tərəfindən tez bir zamanda həyata keçirilməsini gözləyirik. Bunu təmin etmək üçün biz BMT Təhlükəsizlik Şurasını üzərinə düşəni etməyə dəvət edirik", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 16-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.