Son dəqiqə

Avropa İttifaqı Türkiyə xarici işlər nazirliyi Hakan Fidan

Türkiyə üzv olacağı hər bir ittifaqa güc qatacaq aktordur - Hakan Fidan

Bakı. TurkicWorld:

Türkiyə üzv olacağı hər bir ittifaqa güc qatacaq aktordur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Biz Gömrük İttifaqının yenilənməsi məsələsində prinsipcə razıyıq.Lakin bunu konkret şəkildə, daha praktiki şəkildə davam etdirməliyik. Digər məsələ isə viza rejiminin liberallaşdırılmasıdır. Viza məsələsi üzərində iki mərhələdə işləyirik. Birincisi, Aİ ilə Türkiyə arasında viza liberallaşdırılmasıdır. Bununla bağlı çatışmayan məsələləri tamamlamaq üçün işimizi davam etdiririk. Məqsədimiz Aİ ilə viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara tam başlamaqdır. Biz mərkəzi ölkə olmaq strategiyamızdan əl çəkməyəcəyik", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər